22 iyul 2011 17:35
AZAL-ın yeni rəqibləri müəyyənləşdi
Türkiyədəki hazırlıqlarını davam etdirən AZAL-ın təlim-məqş toplanışı çərçivəsindəki növbəti rəqibləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, “təyyarəçilər” bu gün ikinci yoxlama oyununa cıxacaq.
Rəqib İranın güclülər dəstəsinin digər təmsilçisi "Şahin" olacaq. Bu matç bu gün saat 18:30-da "Patalya Spor Təsisləri"nin meydançasında keçiriləcək.
Komandanın digər rəqiblərinə gəlincə, AZAL ayın 27-də "Konyaspor"la qarşılaşacaq. Sonuncu rəqib isə "Antalya Manavqatspor" klubu olacaq. Bu görüş iyulun 29-da oynanılacaq.
