22 iyul 2011 17:44
Xəzər Lənkəranı Cüneyt Biçər çalışdıra bilər
"Xəzər Lənkəran"ın yeni baş məşqçisi Cüneyt Biçər ola bilər. Azerisport.az xəbər verir ki, hazırda onun komandanın sükanı arxasına gətirilməsi ən real variant kimi baxılmaqdadı.
Qeyd edək ki, Biçər bir müddət öncə Lənkəran klubunun idman direktoru vəzifəsinə gətirilmişdi. Çempionatın startına az müddət qaldığı üçün tanımayan mütəxəssislə anlaşıb, risk etmək istəməyən "Xəzər Lənkəran" rəhbərliyi komandanı məhz bu mütəxəssisə tapşırmaq fikrindədi.
"Xəzər Lənkəran" rəhbərliyi Biçərin başçılığı altında çox az sayda əcnəbi və əksəriyyəti yerli futbolçulardan ibarət olan komanda qurmaq istəyir. O, həmçinin "Xəzər Lənkəran"ın futbol məktəbinə də nəzarət edəcək.
Qeyd edək ki, 35 yaşı olan bu gənc mütəxəssis "Pazarspor", "Muğlaspor" və "Bucaspor İzmir" klublarında çalışıb. Çalışdırcının son iş yeri isə Türkiyənin “Altay” Futbol Klubu olub. Geridə qalan mövsümdə Biçər orada baş məşqçinin köməkçisi vəzifəsində çalışıb. Onun ölkəmizdə də artıq iş təcrübəsi var. Belə ki, Biçər “Bakı” Futbol Klubunda uşaq-yeniyetmə komandalarının baş koordinatorunun köməkçisi və həmçinin bir müddət baş məşqçi vəzifəsində işləyib. Hansı ki, məhz onun başçılığı altında “zolaqlılar” kubokun qalibi adını qazanmışdılar.
