22 iyul 2011 19:08
Ramin Musayev: XL ötən mövsümkü heyətlə Maccabini keçərdi
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan kubokunun qalibi “Xəzər Lənkəran”nin Avropa Liqasının ikinci təsnifat mərhələsindəki uğursuzluqdan sonra baş məşqçisi Mirça Redniklə yollarını ayırmasına münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında bunları dilə gətirib:
“Xəzər Lənkəran”ın baş məşqçisi, futbolçuları ilə yollarını ayırması, yeni kurs götürməsi klub rəhbərliyinin qərarıdı. Dünənki İsrail “Maccabi”si ilə oyuna gəlincə, komanda zəif oynadı. Fikrimcə, lənkəranlıların ötən mövsümkü heyəti qalsaydı, onlar Təl-Əviv klubunu keçərdilər”.