22 iyul 2011 20:00
Tuyqun Nadirov: Mirça Rednikin getməsini istəmirik
"Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirovun klubu fəxri prezidenti Mübariz Mənsimov təfindən İstunbula çağırılması barədə xəbərlər təkzib edib. Azerisport.az saytına müsahibəsində o, baş məşqçi Mirça Rednikin istefasını qəbul etmədiklərini də bildirib:
“Bəzi KİV-də yazılıbı ki, guya mən “Xəzər Lənkəran”ın Avropa Liqasındakı uğursuz çıxışı ilə əlaqədar bu gün klubun fəxri prezidenti Mübariz Mənsimovla görüşmək üçün İstanbula getmişəm. Amma bu, düz deyil. Mən hazırda Bakıdayam. Mirça Rednikə gəlincə, düzü biz onun getməsini istəmirik. O, kifayət qədər uğurlu məşqçidi. Biz onunla Azərbaycan kubokunu qazanmışıq. Çempionatın gümüş medallarına sahib çıxmışıq. “Maccabi” ilə də pis oynamadıq. Həm də onun “Xəzər Lənkəran”la müqaviləsi var. Hər halda o, gələn həftə Bakıya gələcək və hər şeyi o zaman müzakirə edəcəyik”.