22 iyul 2011 20:45
Premyer Liqamızda pley-off sistemi
Azərbaycan Premyer Liqasının 2011/2012-ci il mövsümünün püşkatması mərasimində çıxış edən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bir sıra maraqlı məqamlara toxunub. Azerisport.az xəbər verir ki, o, öncə bunları dilə gətirib:
"Mətbuat işçilərini Milli Mətbuat Günü münasibəti ilə təbrik edir, hər birinə can sağlığı arzulayıram. Artıq yeni çempionatımıza başlayırıq, hər biriniz üçün uğurlu olsun. Premyer Liqanın ötən mövsümü pis keçmədi. Bəziləri ötən mövsümü müsbət qarşılasa da, digərləri mənfi yanaşdı. Lakin, ölkə başçısının çempionatımıza verdiyi qiymətdən sonra nəsə əlavə etmək düzgün deyil”.
"Mətbuat işçilərini Milli Mətbuat Günü münasibəti ilə təbrik edir, hər birinə can sağlığı arzulayıram. Artıq yeni çempionatımıza başlayırıq, hər biriniz üçün uğurlu olsun. Premyer Liqanın ötən mövsümü pis keçmədi. Bəziləri ötən mövsümü müsbət qarşılasa da, digərləri mənfi yanaşdı. Lakin, ölkə başçısının çempionatımıza verdiyi qiymətdən sonra nəsə əlavə etmək düzgün deyil”.
Daha sonra çempionatın reqlamenti barədə danışan PFL prezidenti bu yöndə dəyişikliyin faydasız olacağını düşünür: “Bir sıra şəxslər qonşu ölkələrin təcrübələrindən yararlanmağı məsləhət görürdülər. Fikrimcə, özümüz-özümüzə qiymət verməyi bacarmalıyıq. Yeni mövsümün reqlamentində ciddi dəyişiklik yoxdu. Birinci diviziondan Premyer Liqaya yüksələn klubların hər birində maddi durum kifayət qədər yaxşı olmur. Mən, PFL rəhbəri olaraq, çalışıram ki, futbolun inkişafına kömək edim. 10 klubdan və 4 dövrədən ibarət çempionat təklifləri də olurdu. Lakin bu cür formatda çempionatı keçirməyə bizim vaxtımız çatmır. Klubların hamısının 3-4 gündən bir oyun keçirmək imkanı yoxdu. Bu cür formatda ilk yerlər uğrunda mübarizə aparan komandalarla orta sıralar arasında böyük xal fərqi yaranacaq və bu da çempionata marağı azaldacaq. Keçən il təsnifat mərhələsində qazanılan xalların saxlanılması çempionatı daha da maraqlı etdi. Premyer Liqanı tərk etmək üzrə olan MOİK sonadək mübarizə apardı. O klubda oynayanların da hamısı yerli futbolçular idi”.
Musayev həmçinin bəzi klubların elitada iştirakdan imtinasına, onların yerinə gələn klublardan da danışıb: "Simurq" klubunun yaxşı bazası və stadionu var, maddi durumları da Premyer Liqada oynamağa imkan verir. Rusiya mətbuatı da artıq bizimlə yaxından maraqlanır, "Simurq"un yeni baş məşqçisinin fəaliyyətini yaxından izləyir. Biz həmişə təklifləri dinləməyə və müzakirə etməyə hazırıq. "Muğan" komandası qısa zamanda Premyer Liqaya vəsiqə qazandı. Uşaq futboluna diqqət ayırırlar, yaxşı bazaları var. Şirkətləri başqa olsa da, rəhbərləri birdi. "Rəvan"a üstünlük verməyi qərara aldılar, bundan sonra yerli futbolçulara daha çox şans verəcəklər. Elə komanda var ki, yerli məşqçi və futbolçulardan yararlanır. Hər bir kluba çempionatda və kubokda uğurlar arzulayıram. "Abşeron" klubunun rəhbərliyi maddi çətinliklə üzləşdiyindən Premyer Liqada iştirak etməkdən imtina etdi”.
Ramin Muayev həm də növbəti mövsümdən yeni bir qaydaya əl atacaqlarını da diqqət çatdırıb: “Yeni mövsümdən etibarən klubların birinci diviziondan Premyer Liqaya yüksəlməyində dəyişiklik edilmişdir. Belə ki, Premyer Liqada 12-ci yeri tutmuş komandanın yerini birinci divizionun qalibi tutacaq. Birinci divizionda 2-ci yeri tutmuş komanda isə Premyer Liqaya yüksəlmək üçün 11-ci yeri tutmuş komanda ilə pley-off oyunu keçirəcək”.
PFL rəhbəri elitaya yeni gələn klublara da uğurlar arzulayıb: “Premyer Liqada çıxış edən "Sumqayıt Şəhər" klubu yeni yaranıb, klubun rəhbərliyi və heyəti gəncdi, hamısı yerlilərdən təşkil olunub. Klubun prezidentinin fikirləri ilə tanış olandan sonra çox sevindim ki, futbolumuz üçün bu cür qəlbən yanan insanlar var. "Sumqayıt Şəhər" klubuna uğurlar arzu edirəm. "Rəvan" klubunun da gələcəyə dair gözəl planları var. Sumqayıtda stadiona böyük sərmayə qoyulacaq. Yerli oyunçularımız üçün çalışan klub rəhbərlərini ruhlandırmaq, onlara dəstək vermək lazımdı”.
Ən sonda Musayev “Qarabağ”ın ev oyunlarını harda keçirəcəyi məsələsinə toxunub: "Qarabağ" klubu ev oyunlarını keçirmək üçün Quzanlı qəsəbə və Suraxanı qəsəbə stadionlarını qeyd edib. Bu stadionlardan hansında oynayacaqları isə qabaqcadan püşkatma ilə müəyyən olunacaq. "Qarabağ" artıq üçüncü ildi ki, futbolsevərləri sevindirir. Avroliqa ilə əlaqədar oyunlarının təxirə salınması ilə bağlı PFL-ə müraciət etsələr, qabaqcadan oyunun günü təyin edildikdən sonra təxirə salmaq olar. Bizim nəinki "Qarabağ"a, hər bir klubumuza dəstək vermək borcumuzdu".
