22 iyul 2011 11:38

Rəşad Sadıqov: Avrokuboklarda belə oynamaq bizim üçün yeni idi

“Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Streymur”la cavab oyunundan (0:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Farerlilərlə oyunlar barədə nə deyərdiz?
- Qolsuz heç-heçə ilə olsa da belə, yaxşı ki, növbəti mərhələyə adlaya bildik. Düzünü deyim ki, oyundan öncə ehtiyat edirdik. Biz son iki mövsümdə uğurlu çıxış etmişdik. Mən özüm təcrübəli futbolçu olsam da, düşünürdüm ki, birdən “Banga” və ya “Streymur”la oyunlarda nəsə xoşagəlməz nəticə ilə üzləşərik.
 
- “Streymur” sizə ciddi müqavimət göstərdi...
- Hamı həm Litva təmsilçisinin, həm də bu komandanı bizdən zəif hesab edirdi. Amma mən özümü belə fikirlərdən uzaq tutmağa çalışırdım. Hər şey ola bilərdi. Xoşbəxtlikdən növbəti mərhələyə keçən tərəf biz olduq. Özü də yaxşı ki, buna heç də ən yaxşı oyunumuzu sərgiləməməklə nail olduq. Bu, növbəti mərhələdə işimizə yaraya bilər.
 
- Komandaya cavab matçında qol vurmağa nə mane oldu?
- Biz qol vəziyyətləri yaradırdıq. Sadəcə topu tora qovuşdurmaq mümkün olmurdu. Arxayınlıq yox idi. Bu gün hava da çox isti idi. Üstəlik yorğunluq var idi. Bütün bunlar sözünü deyirdi.
 
- Belə müdafiə olunan komandalara qarşı oynamaq çox çətindi?
- Bəli. Belə komandaların öz stili olur: özləri oynamadığı kimi, rəqibə də oynamaq imkanı vermirlər. Çox çalışırdıq ki, standart vəziyyətlər zamanı qol buraxmayaq.
 
- Maraqlıdı, “Qarabağ” özündən zəif komandalara qarşı yaxşı oyun sərgiləyə bilmir...
- Siz özünüz də yəqin hiss etmisiz ki, biz avrokuboklarda daha çox müdafiədən oynayırıq. Çalışırıq ki, daha çox cinah oyunçularımızın sürətindən istifadə edək. Amma bu mövsüm bizə elə rəqiblər düşdü ki, bir qədər zəif idilər. Onlar da müdafiə futbolu oynadığından, biz hücum etməli olurduq. Avrokuboklarda belə oynamaq bizim üçün yeni idi.

- İndi növbəti mərhələdə sizi Belçika “Brugge”si gözləyir?
- Artıq bütün diqqətlərimiz “Brugge”yə yönəlib. Açığını deyim ki, hələlik bu komanda haqqında ətraflı məlumatımız yoxdu. Hələ onların oyunlarının videoyazısına baxmamışıq. Sadəcə onu bilirik ki, onlar Belçika çempionatını dördüncü yerdə bitiriblər. Onu da bilirik ki, heyətlərində çoxlu sürətli futbolçular var, top saxlamağı, əks-hücumları bacaran komandadı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.