22 iyul 2011 11:56
Brugge – Qarabağ matçının başlama saatı bəlli oldu
UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin “Qarabağ” və “Brugge” arasındakı ilk oyunun başlama vaxtı və keçirilmə yeri müəyyənləşib. Azerisport.az xəbər verir ki, təmsilçimizin Belçika klubu ilə ilk qarşılaşması səfərdə baş tutacaq.
Brüggedəki “Yan Breydelstadion” arenasında keçiriləcək “Qarabağ” – “Brugge” matçının başlama saatı da məlumdu. Qarşılaşmanın start fiti yerli vaxtla 20:30-da (Bakı vaxtı ilə 23:30-da) veriləcək.
Qeyd edək ki, bu görüş iyulun 28-də keçiriləcək. Cavab görüşü isə avqustun 4-də Bakıda baş tutacaq.
