22 iyul 2011 12:04
Kəpəzin Premyer Liqada qalacağı dəqiqləşdi
Premyer Liqanın yeni mövsümündə mübarizəyə qoşulacaq komandaların sayı müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasından məlumat verilib.
Məlumatda bildirir ki, yeni mövsümdə ötən il olduğu kimi 12 komanda iştirak edəcək. Maliyyə problemi üzündən dağılacağı barədə xəbərlər yayılan "Kəpəz"in də taleyinə artıq aydınlıq gəlib və Gəncə klubu bu gün digər 11 klubla birlikdə yeni mövsünün püşkatmasına qatılacaq.
