22 iyul 2011 00:12
Adrian Pit: Maccabini keçməyi çox istəyirdik
“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Adrian Pit Avropa Liqasının ikinci təsnifat mərhələsinin İsrail “Maccabi”si ilə cavab matçını şərh edib. Azerisport.az xəbər verir ki, qolsuz bitən görüşdən sonra o, saytımıza açıqlamasında bunları söyləyib:
“Emeka Opara birinci hissədə əlinə düşən imkandan yararlanmalıydı. Ümumiyyətlə, İsraildəki 3 qoldan sonra bizim hamımız ələ düşən şanslardan maksimum yararlanağa, qol vurmağa borclu idik. Alınmadı. Nəticədə Avroliqadan kənarda qaldıq. Amma “Maccabi”ni keçməyi çox istəyirdik”.
