22 iyul 2011 12:24
Qarabağın Brugge ilə ilk matçının hakimi açıqlandı
UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin “Qarabağ” və “Brugge” arasındakı ilk oyunun hakimi də müəyyənləşib. Azerisport.az xəbər verir ki, təmsilçimizin Belçika klubu ilə səfərdə baş tutacaq ilk qarşılaşmasını Şimali İrlandiyadan olan hakimlər idarə edəcək.
Belə ki, UEFA sözügedən matçı Arnold Hanterə həvalə edib. Onun köməkçilərinin kimliyi isə bundan sonra müəyyənləşəcək.
Qeyd edək ki, “Brugge” - “Qarabağ” görüşü iyulun 28-də keçiriləcək. Brüggedəki “Yan Breydelstadion” arenasında keçiriləcək matçın start fiti yerli vaxtla 20:30-da (Bakı vaxtı ilə 23:30-da) veriləcək. Cavab görüşü isə avqustun 4-də Bakıda baş tutacaq.
