22 iyul 2011 00:27
Qurbanov XL və Neftçinn uğursuzluğundan danışdı
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan çempionu “Neftçi”nin UEFA Çempionlar Liqasının, “Xəzər Lənkəran”ın isə Avropa Liqasının ikinci təsnifat mərhələsində mübarizəni elə startdaca dayandırmasına münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, açıqlamasında bunları dilə gətirib:
“Bu mərhələ ümumiyyətlə bizim klublar üçün uğursuz alındı. “Neftçi” və “Xəzər Lənkəran” çıxışını dayandırmalı oldu. Halbuki, onlara böyük ümidlər bəslənilirdi. Mən bir daha təkrar edirəm, bizim güclü klublarla bərabər səviyyədə oynamağımıza hələ çox tezdi”.