22 iyul 2011 00:36
Rəşad Sadıqov: Arxayınlaşmağımız da sözünü dedi
“Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Streymur” (Farer adaları) ilə cavab oyununu şərh edib. Azerisport.az saytına açıqlamasında o, qolsuz heç-heçə ilə başa çatan görüşlə bağlı bunları dilə gətirib:
“Əsas odu ki, biz növbəti mərhələyə adladıq. Bəzi anlarda ola bilsin ki, arxayınlaşmağımız da sözünü dedi. Növbəti mərhələdəki rəqibimizə gəlincə, Belçika “Brugge”sini cümə günündən etibarən öyrənməyə başlayacağıq”.
