22 iyul 2011 12:47
Fenerbahçe azarkeşləri Şaxtyorla oyunu yarıda qoydu (VİDEO)
Dünən Türkiyənin “Fenerbahçe” klubu doğma arenası “Şükrü Saracoğlu”nda Ukraynanın “Şaxtyor” (Donetsk) komandası ilə yoldaşlıq oyunu keçirib. Lakin qarşılaşma azarkeşlərin çaxnaşma yaratması səbəbindən yarıda dayandırılıb.
Belə ki, öncə matçın 58-ci dəqiqədə həbs olunan “Fenerbahçe” prezidenti Əziz Yıldırımın şəkillərinin yer aldığı geyimlərlə 2 azarkeş meydana girib. Onlar stadiondan çıxarıldıqdan sonra oyun davam etsə də, 67-ci dəqiqədə tərəfdarlar kütləvi şəkidlə meydana axışmağa başlayıb. Belədə, qarşılaşmanın başa çatmasına qərar verilib. Görüşdə həmin dəqiqəyə qədər hesab açılmayıb.
