22 iyul 2011 17:51

Növbəti mövsümün startında Neftçi - Qarabağ derbisi (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 2011/12 mövsümünün püşkü atılıb. Azerisport.az xəbər verir ki, sözügedən tədbir AFFA-nın inzibati binasında keçirilib.
 
Qeyd edək ki, sayca 20-ci olan 2011/12 mövsümündə də ötən illərdə olduğu kimi yarışa 12 komanda qoşulacaq və yenə "altılıq" sistemi tətbiq olunacaq. Yeni mövsümdə yeniliklərin tətbiq olunub-olunmayacağı məlum deyil.
 
Ötən il olduğu kimi yenə paytaxt Bakı çempionatda 5 komanda ilə təmsil olunacaq. Ötən mövsümdən qalan AZAL, "Bakı", "İnter", "Neftçi" ilə yanaşı, "Rəvan" da güclülər dəstəsində çıxış edəcək. Sonuncular MOİK-in boşalan yerini dolduracaq.
 
Bölgə təmsilçilərinin sayı isə yenə 7 olacaq. Ötən mövsüm də çempionatda iştirak etmiş "Qəbələ", "Simurq", "Kəpəz" (ötən mövsüm "Gəncə" adlanırdı), "Turan", "Qarabağ" və "Xəzər Lənkəran"la yanaşı, "Sumqayıt Şəhər" də elita yarışlarına qatılacaq. Sonuncular "Muğan"ın boşalmış yerini dolduracaqlar.
 
Yeni mövsümdə Premyer Liqada iki debütant çıxış edəcək. "Rəvan" bu hüququ birinci divizionda 2-ci yeri tutaraq qazanıb. "Sumqayıt Şəhər" isə "Abşeron"un dağılmasından sonra belə bir hüquqa yiyələnib.
 
"Simurq" 2010-2011 mövsümünün nəticələrinə əsasən (11-ci yer) Premyer Liqanı tərk etsə də, yenidən güclülər dəstəsində çıxış edəcək. Buna səbəb "Muğan"ın çempionatdan imtinasıdı.
 
2011/12 mövsümünün bütün iştirakçıları:
 
1. AZAL (Bakı)
2. Bakı (Bakı)
3. İnter (Bakı)
4. Kəpəz (Gəncə)
5. Neftçi (Bakı)
6. Qarabağ (Ağdam)
7. Qəbələ (Qəbələ)
8. Rəvan (Bakı)
9. Simurq (Zaqatala)
10. Sumqayıt Şəhər (Sumqayıt)
11. Turan (Tovuz)
12. Xəzər Lənkəran (Lənkəran)
 
Artıq çempionatın püşkü atılıb. Beləliklə, sayca 20-ci milli çempionatın açılış turunda aşağıdakı cütlər görüşəcək:
 
Premyer Liqa
1-ci tur
 
Neftçi - Qarabağ
Qəbələ - Bakı
Xəzər Lənkəran - Sumqayıt Şəhər
İnter - Turan
Kəpəz - Rəvan
Simurq - AZAL

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.