23 iyul 2011 01:00
Yığmamız Belarusla dueldən məğlub ayrıldı
Minsk şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması belaruslu həmyaşıdları ilə yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, qarşılaşma 2:1 hesabı ilə Belarusun U-17 komandasının xeyrinə başa çatıb.
Yığmamızın heyətində Ruslan Abdullayev fərqlənib.
Qeyd edək ki, komandamız iyulun 25-də belaruslu həmyaşıdları ilə daha bir sınaq matçı keçirəcək.
