23 iyul 2011 13:09
Vaqif Cavadov Rostovla oyunda debüt edə bilər
Azərbaycan millisinin hücumçusu Vaqif Cavadov avqustun 6-da Rusiya Premyer Liqasında debüt matçına çıxa bilər. Azerisport.az xəbər verir ki, həmyerlimiz bir müddət öncə transfer olunduğu “Volqa”da hələlik rəsmi matça çıxa bilmir.
Çünki Rusiya Peşəkar Futbol Liqasının qaydalarına əsasən dövrələrarası fasilədə alınan futbolçuların oynamasına yalnız avqustun 1-dən sonra icazə veriləcək. Belədə Nijni Novqorod klubunun bu ay baş tutan görüşlərini buraxmalı olan Vaqif yalnız gələn aydan şans qazana bilər. Onun ilk belə şansı isə məhz avqustun 6-da olacaq. Həmin gün Cavadovun komandası “Rostov”la qarşılaşacaq.
