23 iyul 2011 13:40
“Həmişə istəmişəm ki, XL-da yerli futbolçular oynasın”
“Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyev azerisport.az saytına müsahibəsində komandasının Avropa Liqasındakı uğursuz çıxışından danışıb.
- Komandaya bu qədər legioner cəlb olunmasına rəğmən, yenə də heç olmasa bir mərhələ adlaya bilmədiniz...
- Ötən mövsümkü komandada həddən artıq dəyişikliklər edildi. Mövsümün sonunda bizim əla balanslaşdırılmış heyətimiz vardı. Məhz çoxsaylı dəyişikliklər növbəti mərhələyə adlamağımıza mane oldu. Yeni futbolçular qısa zaman kəsiyində komandaya uyğunlaşa bilməmişdilər. Tərslikdən bəxtimizə də güclü rəqib düşmüşdü. Buna baxmayaraq, biz “Maccabi”ni məğlub edə, ən azı bir mərhələ keçə bilərdik.
- Necə?
- Matçın əvvəlində qol vursaydıq, hər şey tam fərqli ssenari üzrə davam edə bilərdi. Bunun üçün şanslarımız da kifayət qədər oldu.
- Matçın əvvəlində qol vursaydıq, hər şey tam fərqli ssenari üzrə davam edə bilərdi. Bunun üçün şanslarımız da kifayət qədər oldu.
- Bəs ötən mövsümkü heyətiniz qalsaydı...
- İsrail klubunu asanlıqla keçərdik. Bu, mənim fikrimdi.
- Hər kəsi düşündürən bir sual var: Cavab matçında hücumu gücləndirmək lazım olduğu bir vaxtda niyə məhz sizi, özü də ikinci hissədə meydana buraxdılar?
- Bu, Mirça Rednikin planı idi. Oyunçular yorğun ola bilərdilər. Elvin Beqirini ona görə buraxmışdı ki, standart vəziyyətləri pis yerinə yetirmirdi. Bütün bunlara normal baxıram.
- Klub rəhbərliyinin bütün legionerlərdən imtinasına necə baxırsız?
- Bu, rəhbərliyin qərarıdı və mən bunu müzakirə edə bilmərəm. Amma istəyirəm ki, “Xəzər Lənkəran” çox güclü klub olsun. Uduzmağı heç kim istəmir. Mənim üçün uğur puldan qat-qat önəmlidi. Mən həmişə istəmişəm ki, komandada əsasən yerli futbolçular oynasın. Amma yaxşı legionerlər qalmalıdılar. İstənilən halda hər şeyə rəhbərlik qərar verir.
- Amma bu qərar baş məşqçinizin də ürəyincə olmayıb və o da getməyi üstün tutub...
- Niyə bu onun xoşuna gəlmir ki? Əgər onun komanda ilə müqaviləsi varsa, qalmalıdı. Şəxsən mən Rednikin getməsini istəmirəm. Amma o, qalmaq istəməsə də belə, hər halda həyatın sonu olmaz.
