23 iyul 2011 13:50
XL Əmirquliyevlə Ağayevi transferə çıxarıb
Azərbaycan kubokunun qalibi “Xəzər Lənkəran” iki futbolçusunu transferə çıxarıb. Azerisport.az xəbər verir ki, Avropa Liqasındakı uğursuzluqdan sonra bütün əcnəbi futbolçuları ilə yollarını ayıran cənub təmsilçisi yerli oyunçularından da bəzilərini satmağa hazırlaşır.
Bunların qapıçı Kamran Ağayevlə Rahid Əmirquliyev olduğu bildirilir. Lakin onların transferə çıxarılmasının konkret səbəbləri məlum deyil.
Qeyd edək ki, Kamranla artıq bir neçə müddətdi İngiltərə klubları maraqlanır. Əmirquliyev isə yerli klublardan birinə keçə bilər. İstisna deyil ki, komandada başqa dəyişikliklər də olsun.
