23 iyul 2011 14:00
Qarabağ Şəhidlər Xiyabanını ziyarət etdi
Bu gün Ağdamın ermənilər tərəfindən işğalından 18 il ötür. Azerisport.az xəbər verir ki, "Qarabağ" klubu bu hadisənin il dönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib.
Ziyarətə "Qarabağ"ın direktoru Əmrah Çəlikəl, baş məşqçi Qurbanov Qurbanov, klubun idarə heyəti və məşqçiləri qatılıb. Şəhidlər Xiyabanını ziyarətdə Ağdam rayon ictimayyəti, ziyalılar və "İmarət" fan-klubu da iştirak edib.
Klub nümayəndələri Şəhidlər Xiyabınını ziyarət etdikdən sonra Ağdam şəhidlərinin məzarına yollanıblar. Bu zaman müəyyən çıxışlar edilib, dualar oxunub, gələn ilin bu gününün qələbə günü olması arzulanıb.
