23 iyul 2011 14:38
Kəpəz Türkmənistan çempionuna qol vura bilmədi
Yeni mövsümün hazırlıqlarını davam etdirən "Kəpəz" növbəti yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, Gəncə klubu bir neçə gün öncə qarşılaşdığı Türkmənistan çempionu "Nebitçi" ilə yenidən üz-üzə gəlib.
İlk oyundan fərqli olaraq bu dəfəki matç Gəncədə yox, Yevlaxda baş tutub. Ötən dəfə türkmənləri 5:0 hesabı ilə darmadağın edən "Kəpəz" bu dəfə rəqibinə qalib gələ bilməyib. Oyun 0:0 hesabı ilə başa çatıb.
