23 iyul 2011 15:18

Kamran Ağayevə müştəri tapıldı

Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev karyerasını “Qəbələ”də davam etdirə bilər. Azerisport.az xəbər verir ki, Avropa Liqasındakı uğursuz çıxışdan sonra “Xəzər Lənkəran” rəhbərliyi tərəfindən transferə çıxarılan futbolçu məhz sözügedən bölgə təmsilçisindən çox ciddi təklif alıb.
 
Məlum olduğu kimi, Toni Adamsın komandası növbəti mövsümdə qarşısıa ciddi məqsədlər qoyduğundan əla heyət formalaşdırmaqdadı. Lənkəran klubunun Ağayevi transferə çıxarması ilə “Qəbələ” bu qapıçını da sıralarına qatmaq üçün fəaliyyətə başlayıb. Onlar hətta qarşı tərəfin tələb etdiyi istənilən məbləği də ödəməyə hazırdılar. Lakin bu yöndə aparılan danışıqların nə dərəcədə uğurlu alınacağını zaman göstərəcək.
 
Qeyd edək ki, 25 yaşlı qapıçı yerli klublara keçməkdə maraqlı deyil. O, hələ xeyli müddət öncə “Xəzər Lənkəran”dan başqa heç bir yerli klubda çıxış etməyəcəyinə dair açıqlamalar vermişdi. Amma Ağayevin İngiltərə klublarına keçməsi daha inandırıcı görünür. Hər halda ingilislər əvvəlki kimi onun xidmətində maraqlı olsalar. Əks halda millimizin əsas qapıçısının aqibətinin necə olacağı maraq doğurur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.