23 iyul 2011 19:25
Tuyqun Nadirov: Onlar tezliklə transferə çıxarıla bilər
“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov qapıçı Kamran Ağayevlə yarımmüdafiəçi Rahid Əmirquliyevin hələ rəsmi olaraq transferə çıxarılmadığını bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Biz hələlik nə Ağayevi, nə Əmirquliyevi, nə də Elnur Allahverdiyevi transferə çıxarmışıq. “Xəzər Lənkəran” rəhbərliyi bu barədə qərar verməyib. Amma mümkündü ki, tezliklə onların hər üçü transferə çıxarılsın”.

Qeyd edək ki, Nadirov hələlik bu xəbərləri təsdiqləməsə də, Kamran Ağayev klubdan ona bu haqda xəbər verildiyini açıqlayıb.