23 iyul 2011 20:02
AZAL yenə qələbəyə həsrət qaldı
Türkiyədəki hazırlıqlarını davam etdirən AZAL Qızılcahamam təlim-məşq toplanışı çərçivəsində növbəti sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, “təyyarəçilər” bu dəfə İranın güclülər dəstəsinin digər təmsilçisi "Şahin"lə qarşılaşıb.
"Patalya Spor Təsisləri"nin meydançasında keçirilən görüş başladığı kimi də bitib – 0:0. Beləliklə, AZAL-ın yeni baş məşqçisi Elxan Abdullayev yenə paytaxt klubuyla qələbə qazana bilməyib.
Komandanın digər rəqiblərinə gəlincə, AZAL ayın 27-də "Konyaspor"la qarşılaşacaq. Sonuncu rəqib isə "Antalya Manavqatspor" klubu olacaq. Bu görüş iyulun 29-da oynanılacaq.
Xatırladaq ki, “təyyarəçilər” bundan əvvəl Türkiyədə İranın digər klubu – “Fulad”la da heç-heçə (2:2) oynamışdı.
