23 iyul 2011 00:11

“Azərbaycan millisində iştiraka qərar vermək üçün vaxt istədim”

Məlum olduğu kimi, Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığma komandası bu günlərdə Avstriyada təlim-məşq toplanışında oldu. Vəli Qasımovun çalışdırdığı U-19 bu ölkədə bir neçə sınaq martçına da çıxdı.
 
Baş məşqçinin Avstriya toplanışına apardığı futbolçular arasında Azərbaycanın əsas millisinin hücumçusu Vaqif Cavadovun çıxış etdiyi Rusiyanın “Volqa” klubunub da nümayəndəsi var idi. Bu, sözügedən komandanın gənclərdən ibarət komandasının müdafiəçisi Şamil Qurbanov idi. Artıq bu futbolçu yığmamızdakı ilk toplanışını başa vuraraq Nijni Novqoroda qayıdıb. O, həmçinin klubunun rəsmi saytına müsahibəsində Azərbaycan millisinə dəvəti, təəssüratları barədə danışıb.
 
- Şamil, necə alındı ki, Rusiya vətəndaşı olduğun halda səni Azərbaycan millisinə dəvət etdilər?
- Yığmanın administratoru mənimlə əlaqə saxladı. Dağıstan Azərbaycana yaxındı. Buna görə də belə təcrübədən heç də ilk dəfə deyil istidadə olunur. Daha sonra mənə komandanın baş məşqçisi zəng etdi. O, məşhur və keçmiş futbolçu Vəli Qasımovdu. Mən qərar vermək üçün bir qədər vaxt istədim. Düşündüm, bütün mənfi və müsbət cəhətlərini götür-qoy etdikdən sonra razılaşdım. Hesab edirəm ki, bu, mənim üçün böyük təcrübə olacaq. Çünki tezliklə Avropa çempionatının seçmə mərhələsi başlayacaq. Bu, özünü göstərmək üçün əla imkandı.

- Təlim-məşq toplanışınız nə uzun çəkdi?
- Hazırlıq prosesimiz iyulun 12-dən 23-ə qədər idi. Amma mən “Spartak”la oyunumuzda iştirak etməli olduğumdan, bir qədər tez qayıtdım. Biz bir neçə yoldaşlıq görüşlərində çıxış etdik. Yeni olduğumdan məni də həmin matçlarda yoxlayırdılar.
 
- Kimlərlə oynadınız?
- “Rapid”in əsas heyəti ilə, “Pinzgau” və “Zaksburg”la qarşılaşdıq. Ən çətin oyunumuz “Rapid”lə oldu, 0:4 uduzduq. Amma eyni zamanda bir neçə qol imkanımız oldu, zaman-zaman yaxşı futbol sərgilədik.

- Yığmada hansı mövqedə çıxış edirdin?
- “Volqa”da olduğu kimi, sol cinah müdafiəçisi mövqeyində.
 
- Komandanın durumu necədi?
- Əlbəttə, uyğunlaşma baxımından müəyyən problemlər olur. Amma uşaqların əksəri rus dilini bilirlər, bizim ölkədə çıxış edən futbolçular var. Bütövlükdə mehriban kollektivdi. Komandanın əksər üzvləri yerli klubların üzvləridi, amma “Lokomotiv”, “Zenit”, “Spartak”dan gedənlər də var.
 
- Rusiya yığmasına çağırılmamağınız üzücüdü?
- Düşünmək üçün vaxt istəməyim məhz bununla bağlı idi. Mən ötən mövsümü çox yaxşı keçirmişdim. Ümid edirdim ki, dəvət alaram. Amma çağırmadılar. Görünür, güvənmirlər. Ya da diqqət yetirmirlər. Düşünürəm ki, zamanla hər şey yerini tutacaq. Hər halda indiki qərarım gələcəkdəki milli karyerama ciddi təsir göstərməyəcək. Bu mənada əsas hesab gənclərdən ibarət yığmada açılır. Aşağı yaş qruplarından ibarət yığmalarda iştirak nəzərə alınmır.

- Gələcək planların necədi?
- Növbəti toplanış sentyabrın sonlarında olacaq. Yığma rəhbərliyi bildirdi ki, klubumuza bununla bağlı məktub yazacaqlar ki, məni də həmin toplanışa buraxsınlar. Neçə günlüyə - bu artıq klubumuzun qərarı olacaq. Toplanış Latviyada baş tutacaq. Çünki seçmə mərhələ oyunları İsveçdə keçiriləcək. Azərbaycanın rəqibləri də meydan sahibləri ilə yanaşı İtaliya və Rumıniya yığmaları olacaq. Növbəti mərhələyə keçmək üçün qrupda ilk iki yerdən birini tutmaq lazımdı. Hesab edirəm ki, şansımız kifayət qədər yüksəkdi. Azərbaycan yığması qarşıya qoyulan vəzifənin öhdəsindən gəlmək üçün çox yaxşı gücə malikdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.