23 iyul 2011 00:37
Bruggenin düşərgəsində zədə problemi
UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Belçikanın “Brugge” klubu hazırda bir neçə futbolçunun zədəli olmasından narahatdı. Azerisport.az xəbər verir ki, onların arasında əsas itki müdafiəçi Tom Hoqli hesab olunur.
Belə ki, o, dünəndən fərdi məşqlərə başlayıb və bu gün keçiriləcək Hollandiyanın “Roda” klubu ilə qarşılaşmada forma geyə bilməyəcək. Onunla bərabər Daan van Geysegem və Conatan Blondel də zədədən əziyyət çəkir.
Bu oyunçulardan fərqli olaraq Nabil Dirar hollandlarla görüşdə iştirak edə biləcək. Lakin onlarda hansının “Qarabağ”a qarşı oynayıb-oynamayacağı hələlik dəqiq deyil.
Qeyd edək ki, “Brugge” ilə “Qarabağ” arasındakı ilk oyun iyulun 28-də Brüggedə, cavab görüşü isə avqustun 4-də Bakıda baş tutacaq.
