23 iyul 2011 00:52
İngiltərə - Azərbaycan matçının biletləri satışa çıxdı
Gənclər arasında futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin İngiltərə və Azərbaycan yığmaları arasındakı oyununun biletləri satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, bu görüşə baxmaq istəyənlər 5-10 avro aralığında pulundan keçməlidi.
Belə ki, ingilislər uşaqlar üçün biletləri məhz 5 avrodan satacaqlar. Böyüklər üçün isə 10 avro məbləğində qiymət müəyyənləşdirilib.
Qeyd edək ki, seçmə mərhələdə millimizin ilk oyunu olacaq İngiltərə ilə qarşılaşma sentyabrın 1-də “Vikereyc Roud” stadionunda keçiriləcək.
