23 iyul 2011 12:53
Foqts Azərbaycanı DÇ-2014-ün püşkatma mərasimində təmsil edəcək
Məlum olduğu kimi, iyulun 30-da Braziliyada 2014-cü ildə baş tutacaq dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından da bu tədbirə kimlərin qatılacağı bəlli olub.
Əldə etdiyimiz bilgiyə görə, ölkəmiz sözügedən tədbirdə millimizin baş məşqçisi Berti Foqtsla təmsil olunacaq. Onunla yanaşı AFFA-nın baş katibi Elxan Məmmədov da Braziliyaya gedəcək.
