24 iyul 2011 22:46
Bakı AEK-lə sülh bağladı (YENİLƏNİB)
Sloveniyada növbəti mövsümün hazırlıqlarını davam etdirən “Bakı” bu gün təlim-məşq toplanışı çərçivəsində növbəti sınaq matçına çıxıbr. Azerisport.az xəbər verir ki, Aleksandr Starkovun yetirmələrinin bu dəfəki rəqibi Yunanıstanın AEK klubu olub.
Qeyd edək ki, bu komanda ötən mövsüm Yunanıstan çempionatında bürünc medallara sahib çıxıb. Tərəflərin çoxsaylı cəhdlərinə baxmayaraq, qarşılaşmada hesab açılmır - 0:0.
Afina klubu ilə qarşılaşmanın “zolaqlılar”ın bu toplanış çərçivəsindəki üçüncü sınaq matçı olduğunu da qeyd edək. Bundan əvvəl Sloveniya birinci liqa təmsilçisi "Radomlje" ilə heç-heçə edən (1:1) paytaxt klubu daha sonra Türkiyə Superliqasında çıxış edən "Kardemir Karabükspor"a uduzmuşdu – 0:2.
“Bakı”nın 4-cü və son qarşılaşması 27 və ya 28 iyul tarixinə təsadüf edəcək. Həmin gün rəqibin İtaliya, Xorvatiya və ya Sloveniya klublarından birinin olması planlaşdırılır.
Yoldaşlıq oyunu
24 iyul
Bakı - AEK - 0:0 (0:0)
"Bakı"nı start heyəti: 16. Aqil Məmmədov, 15. Cəmşid Məhərrəmov, 32. Aleksey Savinov, 77. Aleksandar Soliç, 6. İbrahim Karqbo, 9. Elvin Məmmədov, 14. Elvin Əliyev, 36. Uinston Parkis, 22. Maris Verpakovskis, 18. Denis İvanov, 7. Deyvidas Çesnauskis.
Yunanıstan kubokunun qalibi və ölkə çempionatının bürünc mükafatçısına qarşı mübarizə aparan "Bakı" ilk hissədə üstünlüyə malik idi. Komandamız bir neçə real qol imkanı yaratsa da, hesabı açmaq mümkün olmadı
İkinci hissədə rəqib daha fəal görünür. "Bakı" isə daha çox müdafiə olunur
60-cı dəqiqədən etibarən "Bakı" təşəbbüsü ələ alır. Komanda bir-birinin ardınca təhlükəli hücumlar təşkil edir
67. Vadim Borets Elvin Məmmədovun əvəzində meydana daxil olur
75. Fabio Luis Ramim Maris Verpakovskinin əvəzinə meydana çıxır
Qarşılaşmada qapılara qol vurulmur və komandalar meydanı 0:0 hesablı heç-heçə ilə tərk edirlər.
