24 iyul 2011 22:50
İnter Antalyaspor üzərində qələbəni əldən verdi (YENİLƏNİB)
Növbəti mövsümün hazırlıqlarını Sloveniyada davam etdirən “İnter” bu gün növbəti sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, “bankirlər” bu dəfə Türkiyə Superliqa klubuna qarşı mübarizə aparıb.
Xatırladaq ki, Sloveniya toplanışı çərçivəsində keçirdiyi ilk yoldaşlıq görüşündə “bankirlər” Türkiyə Superliqasının təmsilçisi "Bursaspor" komandasına 0:3 hesabıyla məğlub olmuşdu. Bu dəfə isə Kaxaber Tsxadadzenin yetirmələrini “Antalyaspor”la üz-üzə gəlib.
Qarşılaşmada hesabı 6-cı dəqiqədə komandamız açıb. Lakin ilk yarının son dəqiqələrində cavab qoluna imza atan türklər məğlubiyyətdən qaça biliblər. Fasilədən sonra isə qapılara qol vurulmayıb və tərəflər meydandan sülhlə ayrılıblar.
Yoldaşlıq oyunu
24 iyul
İnter – Antalyaspor - 1:1 (1:1)
