24 iyul 2011 02:08
Almaniya Superkuboku yeni sahibini tanıdı
Almaniya Superkubokunun yeni sahibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, finalda son ölkə çempionu “Borussia” (Dortmund) ilə kubokun sahibi “Schalke” üz-üzə gəlib.
Əsas vaxtı 0:0 başa çatan qarşılaşmanın qalibini müəyyənləşdirmək üçün penaltilərə ehtiyac duyulub. Lakin bu zaman daha dəqiq oyayan “Schalke” futbolçuları qapıçısının da inamlı oyunu sayəsində Almaniya Superkubokuna sahib çıxıblar.
Almaniya Superkuboku
23 iyul
Schalke - Borussia – 0:0 (penaltilərlə 4:3)
