24 iyul 2011 14:53
Simurq və Kəpəz sınaq matçı keçirəcək
“Simurq” növbəti mövsümün hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, yeni baş məşqçisi Sergey Yuranın rəhbərliyi altında Premyer Liqanın ilk turuna qədər hazır olmağa çalışan Zaqatala klubu yoxlama görüşləri keçirməyi də unutmur.
Belə ki, qarşıdakı günlərdə rusiyalı mütəxəssis komandasını belə bir oyunda sınaqdan keçirməyə hazırlaşır. Rəqib Gəncənin “Kəpəz” klubu olacaq. Mehman Allahverdiyevin komandası ilə qarşılaşma iyulun 27-də baş tutacaq.
