24 iyul 2011 19:34
Arsenallı oyunçu elə bir avtoqola imza atdı ki... (VİDEO)
İngiltərənin “Arsenal” klubu dünən Almaniyanın “Köln” komandası ilə sınaq matçı keçirib. Azerisport.az xəbər verir ki, London təmsilçisi 2:0 hesabı ilə öndə olduğu qarşılaşmanın ilk yarısı başa çatarkən gənc müdafiəçi Karl Yenkinson öz qapısına çox baxımlı bir avtoqola imza atıb. Qarşılaşma elə 2:1 hesabıyla “Arsenal”ın xeyrinə başa çatıb.
