24 iyul 2011 21:53
Vaqif Cavadov oynamadı, Volqa uduzdu
Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovun çıxış etdiyi "Volqa" klubu Rusiya Premyer Liqasında növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, Nijni Novqorod təmsilçisi doğma divarlar arasında Moskva "Spartak"ını qəbul edib.
Oyun qonaq komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Volqa"nın qapısından qolları 28-ci dəqiqədə Dmitri Kombarov, 67-ci dəqiqədə isə Velliton keçirib.
Adı hələ də "Volqa"nın iştirak ərizəsinə salınmayan Vaqif bu matçın iştirakçısı olmayıb. Ondan fərqli olaraq "Spartak"da çıxış edən həmyerlimiz Emin Mahmudov meydana start heyətində çıxıb və 37-ci dəqiqədə zədələnərək, yerini Brızqalova verib.
17 turdan sonra hesabında 16 xalı olan "Volqa" turnir cədvəlində 13-cü pilləni tutur. "Spartak" isə 27 xalla 5-ci pillədə qərarlaşıb.
