25 iyul 2011 00:37
Yığmamız Fransaya da uduzdu (YENİLƏNİB)
İtaliyanın Ravenna şəhərində təşkil olunmuş EBSL 2011 Avropa çempionatının seçmə mərhələsi çərçivəsində çimərlik futbolu üzrə Azərbaycan milli komandası bu gün ikinci oyununu keçirirb Azerisport.az xəbər verir ki, komandamızın rəqibi Fransa millisi olub.
Lakin təəssüf ki, komandamız bu görüşdə 2:4 hesabı ilə məğlub olub. Millimizin heyətində hər 2 qolu Elvin Quliyev vurub.
Qeyd edək ki, ilk oyunda Belarus yığması ilə qarşılaşan komandamız 1:6 hesabı ilə məğlub olmuşdu.
Azərbaycan – Fransa - 2:4
