24 iyul 2011 12:00
Qəbələ İngiltərənin altıncı divizion klubuna qalib gələ bilmədi
İngiltərədə təlim-məşq toplanışını davam etdirən “Qəbələ” növbəti sınaq matçını keçirib. Azerisport.az xəbər verir ki, Toni Adams bu dəfə yetirmələrini “Bishop's Stortford komandası ilə qarşılaşmada sınaqdan keçirib.
Lakin İngiltərənin altıncı divizion komandası ilə dueldə futbolçularımız hesabı aça bilməyiblər. Beləcə, qarşılaşma başladığı kimi də yekunlaşıb – 0:0.
Xatırladaq ki, bölgə təmsilçisi ilk oyununda da İngiltərə klubu – “Barnet”lə qarşılaşmışdı və 0:1 hesabı ilə məğlub olmuşdu.
