24 iyul 2011 00:02
Nasimov oynadı, Özbəkistan 4 qol vurdu
Özbəkistan milli komandası Dünya çempionatı-2014-ün seçmə mərhələsində Qırğızıstan yığması ilə qarşılaşıb. Azerisport.az xəbər verir ki, "Neftçi"nin futbolçusu Bahodir Nasimovun da forma geyindiyi oyunda özbəklər rəqibi darmadağın ediblər - 4:0.
2010/11 mövsümündə Premyer Liqasının ikinci ən yaxşı bombardiri görüşün ikinci hissəsində komandanın kapitanı Sərvər Cəpərovu əvəzləyib. Qollara isə Aleksandr Heynrix (28-ci dəqiqədə), Marat Bikmayev (49), Sərvər Cəpərov (56) və Uluqbəy Bakayev (90+2) imza atıb.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 28-də baş tutacaq.
