24 iyul 2011 00:40
“Bizi qarşıda çox vacib oyunlar gözləyir”
“Dalğa Arena”da 17 yaşadək qızlardan ibarət Azərbaycan və Gürcüstan yığmaları arasında keçirilən yoldaşlıq oyunu barədə yığmamızın baş məşqçisi Sissi Rayt fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis yetirmələrinin 7:0 hesablı qələbəsini belə şərh edib:
“Oyunun gedişi göstərdi ki, rəqibimizi istər fiziki hazırlıqda, istərsə də digər komponentlərdə üstələdik. Bu, hesabda da öz əksini tapdı. Bugünkü qələbəyə baxmayaraq, hazırlığımızı daha da yüksək səviyyədə davam etdirməliyik. Çünki bizi qarşıda çox vacib oyunlar gözləyir”.
