24 iyul 2011 01:14
Belarus yığmamızı darmadağın etdi
İtaliyanın Ravenna şəhərində təşkil olunmuş EBSL 2011 Avropa çempionatının seçmə mərhələsi çərçivəsində çimərlik futbolu üzrə Azərbaycan milli komandası ilk oyununu keçirib. Azerisport.az xəbər verir ki, Belarus yığması ilə qarşılaşan komandamız 1:6 hesabı ilə məğlub olub.
Yığmamızın heyətində Elşən Hüseynov fərqlənib.
Millimiz turnirdə növbəti oyununu iyulun 24-də, Bakı vaxtı ilə saat 18:30-da Fransa yığmasına qarşı keçirəcək.
