28 iyul 2011 01:43

Neftçinin qənimi evə qalib, Trabzonspor məğlub qayıtdı (YENİLƏNİB)

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin pley-off mərhələsinə vəsiqə uğrunda düz 30 klub mübarizə aparır.
 
Xatırladaq ki, turnirin birinci təsnifat mərhələsində cəmi iki qarşıdurma olmuşdu və cırtdan ölkə təmsilçilərinin duellərinin ən güclüləri adına yiyələnən Malta “Valleta”sı ilə Lüksemburqun “Dudelange” klubları çıxışını davam etdirmək hüququ qazanmışdı. Növbəti mərhələdə isə daha 34 komanda mübarizəyə qoşuldu. Təəssüf ki, onlardan arasında Azərbaycan çempionu “Neftçi”nin də yer aldığı 17 klub mübarizəni dayandırdı. Qalan eyni sayda komanda isə yoluna davam edir. Bu dəfə isə 15 kollektiv pley-offa yüksəlməyə nail olacağı halda, qalanları çıxışını dayandıracaq.
 
Artıq üçüncü mərhələnin ilk oyunları çərçivəsində birinci oyun gününə təsadüf edən 8 görüşün nəticəsi məlumdu. Görüşlərdən ikisində qol vurulmayıb. "Rubin" isə səfərdə Kiyev "Dinamo"suna 2 cavabsız qolla qalib gəlməklə demək olar ki, cütün taleyini həll edib. Elə "Malmö" ilə "Wisla"nın da növbəti mərhələyə yüksəlmək yolunda böyük addım atdığını demək olar. "Genk" və "Twente" isə rəqiblərini məğlub yola salmağı bacarsa da, hər şeyə cavab görüşündə aydınlıq gələcək. Qonşu Gürcüstan "Zestafoni"sinin doğma meydanda "Sturm Graz"a qalib gələ bilmədiyini də xüsus qeyd edək.
 
Qalan görüşlər isə bu gün keçirilib. "Neftçi"nin qənimi "Dinamo" səfərdə HJK üzərində əzmkar qələbə qazanıb. Futbolsevərlərimizin yaxından maraqlandığı Türkiyə təmsilçisi "Trabzonspor" isə Portuqaliyadan məğlub qayıdıb. Bütövlükdə, baş tutan görüşlərin nəticələri ilə aşağıda tanış ola bilərsiz.
 
Çempionlar Liqası
Üçüncü təsnifat mərhələsi
İlk oyunlar
26 iyul
 
Zestafoni (Gürcüstan) - Sturm Graz (Avstriya) - 1:1 (0:0)
Qollar: Gelaşvili, 74 - Volf, 78.
 
Ekranas (Litva) - BATE (Belarus) - 0:0 (0:0)
 
APOEL (Kipr) - Slovan (Slovakiya) - 0:0 (2-ci hissə)
 
Litex (Bolqarıstan) - Wisla (Polşa) - 1:2 (1:1)
Qollar: Vellinqton, 45+1 - Lamey, 19,  Melikson, 77.
 
Dinamo (Kiyev, Ukrayna) - Rubin (Rusiya) - 0:2 (0:1)
Qollar: Kasaev, 5, Natço, 68-pen.
 
Genk (Belçika) - Partizan (Serbiya) - 2:1 (0:0)
Qollar: Vossen, 70-pen, Oqunjimi, 90+1 - Tomiç, 65.
 
Rangers (Şotlandiya) – Malmö (İsveç) - 0:1 (0:1)
Qol: Larsson, 18.
 
Twente (Hollandiya) - Vaslui (Rumıniya) - 2:0 (1:0)
Qollar: Yanko, 33; 57.
 
27 iyul
 
HJK (Finlandiya) – Dinamo (Xorvatiya) - 1:2 (1:1)
Qollar: Rinq, 14 - Rafinya, 19-öz qapısına, Sammir, 77.
 
Copenhagen - Shamrock Rovers (İrlandiya) - 1:0 (1:0)
Qol: Ottesen, 4.
 
Odense (Danimarka) - Panathinaikos (Yunanıstan) - 0:1 (0:0)
Qol: Leto, 47.
 
Maccabi (Hayfa, İsrail) - Maribor (Sloveniya) - 2:1 (1:1)
Qollar: Dvalişvili, 8-pen, Yampolski, 70 - Markos, 27.
 
Standard (Belçika) - Zürich (İsveçrə) - 1:1 (0:0)
Qollar: Qonsales, 90 - Mehmedi, 79.
 
Benfica (Portuqaliya) - Trabzonspor (Türkiyə) - 2:0 (0:0)
Qollar: Nolito, 71, Qaytan, 88.
 
Rosenborg (Norveç) - Viktoria (Çexiya) - 0:1 (0:1)
Qol: Pilar, 33.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.