24 iyul 2011 00:35
"Bruggeyə bu imkanı yaratmamalıyıq"
“Qarabağ”ın hücumçusu Rauf Əliyev azerisport.az saytına müsahibəsində Avropa Liqasındakı çıxışlarından və növbəti rəqiblərindən danışıb.
- “Brugge” ilə ilk oyuna artıq 4 gün qalıb. Komanda Belçika səfərinə necə hazırlaşır?
- Biz pley-off mərhələsinə yüksəlmək istəyiriksə, belçikalıları keçməyə borcluyuq. İki il ardıcıl biz bu mərhələyə kimi gələ bilmişik. Bunu yenidən təkrarlamaq istəyirik.
- Sizcə, “Streymur”a qarşı sərgilənən oyunla mümkündü?
- Biz heç də elə oynayacağımızı demirik. Bilirsiz, biz “Streymur”la oyunda daim hücum etməli, açılmalı olurduq. Amma təəssüf ki, elə real qol vəziyyətlərindən yararlana bilmədik. Hər halda növbəti mərhələyə adlaya bildik.

- Amma son dəqiqələrdə hər şey “Qarabağ” üçün pis də nəticələnə bilərdi...
- Hə, onda heç özümüzdə deyildik. Yaxşı ki, qapıçımız və müdafiə xəttimiz təhlükəni sovuşdura bildi.
- “Brugge”ni öyrənə bilmisiz?
- Belə komandaları heç öyrənmək də lazım gəlmir. Çünki onlar həmişə qrup mərhələsində oynamaq istəyən komandalardı. Amma “Qarabağ”ın da bir üstünlüyü var. Bizim zəif komandalarla oyunlara zəif köklənməyimiz nə qədər problemdisə, güclü rəqiblərə qarşı da əla hazırlaşırıq. Siz də bunu az görməmisiz.

- İlk oyun nə dərəcədə həlledici olacaq?
- Bizə maksimum diqqətli olmaq lazımdı. “Brugge” hər şeyə ilk oyunda aydınlıq gətirmək istəyəcək. Biz isə onlara belə imkanı yaratmamalıyıq. Elə etməliyik ki, cavab oyunu üçün növbəti mərhələyə adlamaq şansımız qalsın.

- Belçikada sizi hansı nəticə qane edəcək?
- Qol vursaydıq, daha yaxşı olardı. Təbii ki, qollu heç-heçə bizə çox sərf edərdi. Şansları əllinin əlliyə hesab edirəm.