25 iyul 2011 01:54
Sadıqovu Rusiyada məyus etdilər
Rusiya Premyer Liqasında 17-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin sabiq baş məşqçisi Vaqif Sadıqovun çalışdığı “Anji” klubu turu xalsız başa vurub.
Mahaçqala klubu doğma meydanda “Zenit”lə qarşılaşıb. Görüşdə uzun müddət qapılara qol vurulmayıb. Amma 80-ci dəqiqədə səhnəyə çıxan Sankt Peterburq klubunun üzvü Aleksandr Kerjakov “Anji”yə məğlubiyyət gətirən qol imza atıb. Beləcə, meydan sahibləri minimal hesablı yenilgiylə barışmalı olub.
Bu nəticədən sonra “Zenit” xallarının sayını 33-ə yüksəldib və Moskva “Dinamo”sunu qabaqlayaraq ikinci olub. “Anji” isə beşinci sırada qalıb.
