25 iyul 2011 17:49

Mirça Rednik: Onlar komandada qalmasa, gedəcəm

“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik müsahibəsində komandasında baş verən son proseslərdən danışıb. Azerisport.az rumıniyalı mütəxəssisin bir sıra maraqlı açıqlamaları ilə sizi də tanış edir.
 
Rednik öncə Lənkəran klubundan ayrılması barədə şayiələrə münasibətini açıqlayıb: “Mən “Xəzər Lənkəran”ı heç vaxt tərk etmərəm. Mən görürəm ki, adımdan çoxlu açıqlamalar verilməkdədi. Amma sizə dəqiq deyə bilərəm ki, mənə Rumıniyadan heç kim zəng etməyib. Mən necə deyə bilərəm ki, Azərbaycana qayıtmayacam? Hansı ki, orda mənə heç yerdə verilməyən qədər pul verirlər. Lənkəranda camaat mənə hörmətlə yanaşır. Adımdan istifadə olunaraq verilən yalan başlıqları görəndə sadəcə gülürəm”.
 
“Mən Azərbaycan çempionatında Onofraş və Bonfim kimi futbolçularla qələbə qazanmaq istəyirəm. Onlar qələbənin nə demək olduğunu bilirlər. Bu uşaqlar komandaya Avropa Liqasının startına iki həftə qalmış qoşulmuşdular. Bu, o qədər də adi görünməməlidi. Mənim bu gün klub rəhbərliyi ilə görüşüm var. Əgər bu futbolçuları saxlamasalar, o zaman gedəcəm” – deyə Rednik bildirib.
 
Rumıniyalı məşqçi Joao Pintonun transferindəm 200 000 avro qazanc əldə etməsi haqda iddialara da münasibət bildirib: “Əgər Pinto bizə pulsuz başa gəlibsə, mən onun transferindən necə 200 000 avroa qazana bilərdim? Sonra da buna görə onu transferə çıxarıram. Bu nə deməkdi ki”?
 
(Adevarul)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.