25 iyul 2011 17:55
“Azərbaycan futbolu haqq etdiyi yerə çatacaq”
"İnter"lə yoxlama oyunundan sonra Türkiyənin "Antalyaspor" klubunun baş məşqçisi Mehmet Özdilək matçla bağlı fikirlərini dilə gətirib. Azerisport.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçə bilə başa çatan görüşdən sonra bunları deyib.
"Bu, öncə hazırlıq matçı idi. Belə oyunlarda əsas məqsədimiz öz oyun anlayışımızı daha da yüksəltməkdən ibarətdi. Bu gün də başa-baş mübarizə oldu. Bütün futbolçulara oynamaq imkanı yaratdıq. Rəqibə çox mövqe vermədik. Matç heç-heçə yekunlaşdı. Təbii ki, Azərbaycan futbolu ilə Türkiyə futbolu arasında ciddi fərq var. Ölkənizdə futbol inkişaf dövrünü yaşayır. Bir az zaman tələb olunur. Hər il inkişaf edən Azərbaycan komandalarıyla qarşılaşırıq. Bir qədər səbr etmək lazımdı. İnanıram ki, Azərbaycan futbolu haqq etdiyi yerə çatacaq".
