25 iyul 2011 18:07
İnter Superliqa klubu ilə belə sülh bağladı (FOTOREPORTAJ)
Xəbər verdiyimiz kimi, iyunun 24-də Sloveniyada təlim-məşq prosesi çərçivəsində "İnter" Türkiyə Super Liqasının təmsilçisi "Antalyaspor" komandasıyla yoxlama matçı keçirib. Azerisport.az xəbər verir ki, oyunda hesabı "İnter" açıb. Künc zərbəsindən ötürülən topu baxışda olan futbolçu başıyla rəqib komandanın qapısından keçirməyə müvəffəq olub. Lakin "Antalyaspor" birinci hissənin başa çatmasına az qalmış hesabda tarazlığı yaratmağı bacarıb – 1:1.
