25 iyul 2011 18:24
Brügge – Qarabağ matçına bütün təyinatlar açıqlandı
UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Brügge” - “Qarabağ” qarşılaşmasına bütün təyinatlar açıqlanıb. Azerisport.az xəbər verir ki, bu görüşə öncədən sadəcə baş hakim Arnold Hanterin təyinatı məlum idi.
Lakin UEFA artıq onun köməkçilərini, həmçinin UEFA nümayəndəsi və hakim-inspektorun da kimliyini açıqlayıb. Beləliklə, iyulun 28-də, Bakı vaxtı ilə saat 23:30-da, Brüggenin “Yan Breydel” stadionunda keçiriləcək “Brügge” - “Qarabağ” qarşılaşmasına təyinat alanlar bunlardı:
Baş hakim: Arnold Hanter
Baş hakimin köməkçiləri: Paul Mann, Riçard Stori
Dördüncü hakim: Ross Danlor (Hakimlər briqadası Şimali İrlandiyadandır)
UEFA nümayəndəsi: Torir Hakonarson (İslandiya)
Hakim-inspektor: Kristakis Skapoullis (Kipr)
