25 iyul 2011 21:22
Millimiz Gürcüstanı yenə darmadağın etdi (YENİLƏNİB)
Bu gün 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması gürcüstanlı həmyaşıdları ilə növbəti yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, qarşılaşma AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da baş tutub.
Komandamız bu dəfə də rəqibini darmadağınla keçib. Sissi Raytın yetirmələri qonaqlara 4 cavabsız qol vurublar.
Qeyd edək ki, iyulun 23-də keçirilən ilk oyunda millimiz 7:0 hesabı ilə qələbə qazanmışdı.
