25 iyul 2011 20:16
Azərbaycan Belarusla dueldə yenə məğlub oldu (YENİLƏNİB)
Belarusun paytaxtı Minsk şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, futbolçularımız yenə belaruslu həmyaşıdları ilə görüşüblər.
Bakı vaxtilə saat 18:00-da start götürən qarşılaşma yenə meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Bu dəfə belaruslar minimal hesabla üstün olublar 1:0.
Xatırladaq ki, bu komandalar arasındakı ilk qarşılaşma da 2:1 hesabı ilə Belarusun U-17 komandasının xeyrinə başa çatmışdı.
