25 iyul 2011 18:54
Arif Əsədov: XL-lı futbolçularla maraqlanmırıq
Azərbaycan çempionu “Neftçi”nin baş məşqçisi Arif Əsədov “Xəzər Lənkəran”da baş verən son proseslərə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Eşitmişəm ki, “Xəzər Lənkəran” legionerlərindən, bəzi yerli futbolçularından imtina edib. Düzünü deyim ki, mən hələ Lənkəran klubunun bu qərarında qəti olacağına tam inanmıram. Buna görə də onlar bizə o qədər də maraqlı deyil. Bizim qarşımıza heyətimizi gücləndirmək üşün məqsəd qoyulub. Bu yöndə əvəzedici heyətimizə də güvənirik. Yeni mövsüm üçün bu, bizim əsas strategiyamız olacaq. “Xəzər Lənkəran”ın futbolçuları iləsə hələ maraqlanmırıq”.