25 iyul 2011 19:05
Qarabağ sabah Belçikaya yola düşür
“Qarabağ” “Brügge” ilə oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Avroliqanın üçüncü təsnifat mərhələsində Belçikanın ünlü klubuyla qarşılaşacaq komandamız gündə bir məşqlə kifayətlənir.
Komandada sevindirici məqam Tural İsgəndərovun artıq kollektivlə məşqlərdə çıxış etməsidi. Məşqlərini Suraxanı qəsəbə stadionunda davam etdirən Ağdam klubu bu gündən etibarən mərkəzi stadiona köçüb. Belə ki, bu axşam 19:30-da komanda cavab oyununun keçiriləcəyi arenada çalışacaq.
“Qarabağ” sabah səhər saatlarında Bakıda sonuncu məşqinə çıxacaq. Ardınca isə komanda Belçikaya yollanacaq. Ağdam klubu Bakı-İstanbul-Brüssel reysi ilə səfərə çıxacaq, ordan isə Brüggeyə gedəcək.
