25 iyul 2011 19:17
AZAL türklərlə oyunda çernoqoriyalı hücumçu sınayacaq
Premeyer Liqanın yeni mövsümünün hazırlığını davam etdirən AZAl bu gün 3-cü yoxlama oyununa cıxacaq. Azerisport.az xəbər verir ki, rəqib Türkiyənin 3-cü liqasında Zonquldağı təmsil edən "Kilimli Bələdiyyəsi" olacaq.
Əslində bu görüş hazırlıq planında nəzərdə tutulmamışdı. Lakin məşqçilər korpusu futbolçuları yorgunluq fonunda bir daha baxışdan keçirmək üçün nisbətən zəif rəqiblə qarşılaşmağı məqsədəuygun sayıb. Həm də bu oyunda komandada baxışda olan çernoqoriyalı hücumçu Milan Djoriçin yoxlanması nəzərdə tutulur. Qeyd edək ki, Qızılcahamamdakı toplanış çərçivəsində iki yoxlama oyununda ("Fulad" və "Şahin" klubları) qüvvəsini sınayan AZAL ayın 27-də "Konyasporla" görüşəcək.
